خانه بیانیه Azərbaycan Milli Dirəniş Təşkilatının Quzey Azərbaycan Mətbuatına Müraciəti

Azərbaycan Milli Dirəniş Təşkilatının Quzey Azərbaycan Mətbuatına Müraciəti

Biz Güney Azərbaycan Fəalları olaraq illərdir İran rejimi tərəfindən olmazı işgəncə və təziqlərə məruz qalan milli fəallarımızın haqq səsini dünyaya çatdırmaq istəyirik.
Təssüfflə qeyd etməliyik ki, dünya mətbuatı İranda baş verən insan haqqları və ədalətsizliyə qarşı öz səssizliyini və biganəliyini davam etdirir. Ancaq təşkilatımızın əsasnaməsində və məramnaməsində qeyd edildiyi kimi biz Azərbaycanı bütöv və bir millət olaraq görməkdəyik. Azərbaycanın şimalında və cənubunda baş verən bütün acıları bizim ortaq acımızdır.

Bu gün İran cəzaçəkmə müəssisələrində bir çox milli fəalımız çox çətin şərtlər altında sırf vətən sevgisindən dolayı həpsdədirlər. Buna misal olaraq 63 gündür aclıq aksiyası çəkən Murtuza Muratpur yaşam mücadiləsi verir. Və ya Həbib Sasanyan adlı başqa bir fəal son Aprel döyüşlərində Şimali Azərbaycana kömək etmə təqsiri ilə ۷ aydan çoxdur ki, ağır işgəncələrə məruz qalır, böyrəklərini və gözlərini itirmək təhlükəsi yaşayır.
Təssüf hissi ilə Şimali Azərbaycan mediyasının susaraq laqeyidliyi bizlər tərəfindən qəbul edilməzdir! Bütün acılar bizim bir millət olaraq ortaq acımızdır.Bizim ortaq tariximizin və keçmişimizin olmasını əsla unutmamalıyıq. Və bunlara rəğmən sizlərdən ricamız bu məsələyə İranın daxili işi kimi baxmayın. Bu baş verənlər BMT-in İnsan Haqqları bəyannaməsinə ziddir.
Və sizləridə Murtuza, Həbib kimi çoxlu günahsız yerə həbsə salınmış insanların səsi olmağa dəvət edirik.

Azərbaycan Milli Dirəniş Təşkilatı