خانه اخبار Azərbaycan Mili Dirəniş Təşkılatının Günaz Tvnin qaralama kampaniyası ilə bağlı açıqlaması (Bildirgə)

Azərbaycan Mili Dirəniş Təşkılatının Günaz Tvnin qaralama kampaniyası ilə bağlı açıqlaması (Bildirgə)

Bir ayı aşğındır Günaz Tvnin sahibi Əhməd bəy Obalı çeşidli verlişlərlə Azərbaycan Milli Dirəniş Təşkilatı üzvlərinə sənədsiz ittham və iftiralar irəli sürərək təşkilatımıza qarşı geniş şantaj kampaniyası başladıbdır. Nə yazıq kı Əhməd bəy əleyhinə olan bəzi şayiə və iddiaları bizə nisbət verib (ki indi bəlli olub bu iddiaların təşkilatımızla bir əlaqəsi yoxdur və əkəsinə Əhməd bəyin öz ekibindən ortaya çıxıb) ona görə də təşkilatımız və üzvlərimizə cinayət, xiyanət, İranla iş birliyi, vətənə ihanət (Urmiyəni Kərkük eləmək üçün müamilə), sığınmacılara şantaj və basqı və daha neçə ağır iftiralar atmağa başladı. Əhməd bəy Obalı bu iftiraları atarkən nəzakətdən tamamı ilə uzaq bir dillə bir çox yaman və söyüş dilə gətirdi.

Nə yazıq ki bu arada Əhməd Obalı bey, içəridə yaşayan və təşkılatımızla əlaqəsi olmayan neçə şəxsin adını çəkərək o insanların can, mal v əmniyyətini  təhlükəyə atmışdır.

Azərbaycan Milli Dirəniş Təşkilatı başından bəri Güney Azərbaycan milli Hərəkətinin məsləhətlərini diqqətə alaraq Əhməd bəyin tərəfindən ortaya atılan haşiyə məsələlərə qatılmaq istəməmişdir. Ancaq təşkilatımıza qarşı ittihamlar irəlı səviyyəyə daşınıb yalan səndlər ortaya atıldıqdan sonra səndli şəkildə bu şantaj kampaniyasının yalanlar üstündə qurulu olduğu isbatlanmış və millətimiz Günaz Tvdən atılan ittiham və iftiraların yalan olduğunu görmüşdür.

Azərbaycan Milli Dirəniş Təşkilatı Günaz Tvdə işlədiln nəzakətdən uzaq dil və əxlaq və vicdandan uzaq davranışı, tarix yaradan amma bu gün sümürgə olan millətimizə mənsub qürublara yaraşdırmayaraq cavab vermək niyyətində olmamışdır. Ancaq təşkilatımıza mənsub olan və olmayan şəxslərin Günaz Tvdən adının ifşa olunması, yalan iftiralarla hədəf alınmaları, xüsusi yaşamlarının ixlal olunması və təşkilatımıza iftiraların aşırı dərəcəyə ulaşıb müxatəb bildiyimiz Azərbaycan Türk Milləti və sadiq sayğın milli fəallar içində quşquya yol açmaması amacı ilə bu iftiralar və yalan böhtanlara səndlərlə cavab verilmişdir.

Nə yaziq ki Əhməd bəy Azərbaycan Türk Millətinin etibarı ilə qurulan və milli olması gərəkən bir televiziyanı öz şəxsi vasitəsi olaraq görüb və illərdən bəri bu televiziyanı hesablaşma və dedi qodu səhnəsinə çeviribdir ki şübhəsiz onun üçün də tarixə cavab verəcəkdir.

Ayrıca sayın Əhməd Obalı yurd içındə bəlli bır qüruba yaxın olan bir sıra vətəndaşımızın sistemli və həmahəng şəkildə yazı yazmasını sağlamış və milli hərəkət tarixində yeni bir bidət qoymuşdur. Əlbəttə biz yazı yayınlayan vətəndaşlarımızın xoş niyyətlərindən əminik və bilirik onlar yanlış və ya əksik bilgilnədiriliblər. Keşkə bu vətəndaşlarımız madam bu əmniyyəti riski qəbul edib məktub yazmışdılar, genəl və klişə cümlələr yerinə soruna daha net və aydın işarə etsəydilər ki həm milli ictimaiyyat daha yaxşı aydınlaşardı və həm biz öz nöqsanlarımızı daha yaxşı anlayardıq.

Azərbaycan Milli Dirəniş Təşkilatının Mərkəzi Şurası təşkilatın müxtəlif komitə və üzvləri ilə istişarə sonrası, Güney Azərbaycanın milli məsləhətlərini diqqətə alaraq və özəlliklə yurd içində ki fəallarımızın əmniyyətini düşünərək Günaz Tv tərəfindən aparılan şantaj və qaralamalara media üzərindən cavab verməmək qərarı almışdır. Yalnız Əhməd bəy təşkilatımız və üzvlərimiz ilə bağlı yeni sözdə səndlər! ortaya atarsa biz də ictimaiyyatı bilgilnədirməyə məcbur olacağıq.

Şübhəsiz ki Azərbaycan Türk Millətinin ayıq vicdanı hər şeyı görür və biz əminik ki millətimiz ən doğru qərarı verəcəkdir və sonucda hər kəs öz əməllərinin cavabını millətdən və milli hərəkətdən alacaqdır.

Azərbaycan Milli Dirəniş Təşkilatı ilk yarandığı gün kimi Azərbaycan Türk Millətinin azadlığı və səadətinə etdiyi andı yeniləyərək mücadilə iradəsində heç bir sarsıntıya yol vermədən mücadiləsinə daha inanclı şəkildə davam edəcəyini açıqlayır.

Azərbaycan Milli Dirəniş Təşkilatı

Mərkəzi Şura

۰۸/۰۴/۲۰۱۷