Azərbaycan Milli Dirəniş Təşkilatının İranda Məktəblərin Açılışı İlə Bağlı Bildirisi
۲۰۱۶-۲۰۱۷ (۱۳۹۵-۱۳۹۶)
Azərbaycan Türk Milləti:
Bir daha Mehr ayının biri (Sentyabrın 19) oldu və Azərbaycanlı ailələr sevic ilə öz övladlarını dərs oxumaq üçün oxullara göndərirlər
Bəlki mehr ayının biri uşaqlar ve tələbələr üçün yeni bir gözəl gün və yeni dostlar tapma günü ola bilər, amma gərçək budur ki bu gün İranda qeyri fars millətlər üçün kültürəl və dil ölümü günüdür
Gəlişmiş və azad ölkələrdə məktəblərin açılış günü o ölkənin elmi və kültür gününün inkişafı gündür və dil ilə kimliyin ölümü vəya yox sayılması mənasız və yersizdir. Çünkü o ölkələrdə hər kəs öz dilində oxumaq ve eyitim alma haqqı vardır və ona görədir ki o ölkələrdə eyitim düşüşü çox az səviyələrdədir. Ancaq iran kimi çox millətli ölkələrdə bu durum fərqlidir. Dövlət eyitim siteminə tamami ilə nəzaret edərək faşisti bir düşüncə ilə tək dillilik sistemini eytim qanunu olaraq icra edirlər. Buna yetməyib dərs kitablarında geyri fars millətləri ciddi şəkildi aşağlayırlar
Təssüflə iranda qeyri fars millətlərə olan hər türlü ayrı seçkilik sadəcə siyasət və iqtisada məhdud qalmayıb, kültür və eyitim sistemidə, bundan öz paylarını alıblar. Qeyri fars millətlər, eyitimdə öz ana dilində eyitim haqqına sahib deyillər və bu haqqı isdədikləri təqdirdə ciddi şəkildə basqı və cəzalara məruz qalırlar. Dərs kitablarında başda Türklər olmaqlar bütün qeyri fars milletləri təhqir olunur
İran dövlətinin bu basqıları ve ayrı seçkiliklərinə qarşı, Azəbaycanın cəsur və igid övladları susmayıb və bu kimlik ölümünə qarşı öz etirazlarını hər an bildirblər. Təbii ki onların bu etirazların nəticəside zindan və şikəncələr olubdur
Iran dövləti bu ayrı seçkiliyi gizlətək və xalqı öz yalanalrına inadırmaq üçün güya bu ildən Təbriz üniversiədində Azərbaycan Türkcəsi oxudacağını bildiribdir. Halbuki bunun necə oxudacağı bu günə dək açıq və aşkar olmayıbdır
İran məclisindəki bir neçə Türk millət vəkili, bu xususda bəzi adımlar atmaya başlayıblar ancaq dar fikirli və qaranlıq düşüncəli bəzi gizli mərkəzlər buna ciddi muxalifət ediblər
Türk millət vəkillərin bu adımlarının hər əksiklərinə rəğmən
Azərbaycan Milli Dirəniş Təşkilatı öz himayətini bu tərhdən bildirərək elam edir ki, bu xusuda millət vəkilləri və onların bu adımlarının yanında yer alacaqdır. Ancaq bu adımımız bizim ən əsasi olan milli və mədəni mübarizəmizə maneçiliyi olmayacaq. Öz müqəddəratını və milli haqlarını əldə edənə qədər Azərbaycan Milli Dirəniş Təşkilatı bütün məktəblər, üniversitedlər, işyerleri, fabrikalar, küçələr və xiyabanlarda Azərbaycan Türk millətinin yanında olub və olacaqdır
Azərbaycan Milli Dirəniş Təşkilatı bəzi soydaşlarımızın milli haqlarını istədikləri üçün İran adlan ölkənin zindanlarında olduqlarından dolayı, və eyni zamanda 21-ci əsr olmasına rəğmən hələm ana dilinin iranda oxudulmasını qadağa olduğu üçün yeni eytim ilini təbrik edə bilmir. Azərbaycan Milli Dirəniş Təşkilatı bütün soydaşlarımız və Azəbaycanlı ailələrdən istəyir ki hər yerdə, xususi ilə məktəblərdə iran dövələtinin qeyri insan siyasəti və rəftarlarına qarşı duraraq özləri və övladlarının haqlarını tələb etsinlər. Oxullara və oxuldaki öyrəncilərə Türkcə kitab və dərgilər dağıtılsın. Azəbaycan tarixi və Türk dilinin əhəmiyəti öyrəncilərə söylənsin. Yəqin ki mədəni etirazlar və bu adımlar nəticəsiz qalmayacaqdır
Azərbaycan Milli Dirəniş Təşkilatı, bütün şəhərlər, kəndlər və bölgədəki üzvlərindən istəyir ki, mədəni mübarizə aparmaq istəyən şəxslər və ailələr üçün, təşkilatın hazırladığı dərgilər və CD’lər dağıdılsın. Bu dərgi və CD’lərdə necə mədəni mübarizənin aparılması anladılıbdır
.Bütün siyasi ve əqidə zindanilərin azad olmasını istəyərək, demokratik və anti soycu toplum arzulayırıq
Azərbaycan Milli Dirəniş Təşkilatı
(Təbriz (۲۲٫۰۹٫۲۰۱۶