ملت تورک آزربایجان
اصحاب قلم و رسانههای محترم حرکت ملی آزربایجان
فعالین محترم حرکت ملی آزربایجان
قریب به پانزده سال از تأسیس تشکیلات مقاومت ملی آزربایجان (دیرنیش) و فعالیتهای مخفی و نیمه مخفی آن در راستای مبارزه با استعمار، استبداد، تبعیض و سرکوب نژادی برای تحقق حق تعیین سرنوشت ملی در آزربایجان جنوبی میگذرد.
تشکیلات مقاومت ملی آزربایجان از جمله سازمانهای حرکت ملی است که ریشههای فکری و بنیان سازماندهی آن از بطن جنبش نوین ملی آزربایجان جنوبی است. در کوران مبارزات ضد فاشیستیِ ملت تورک آزربایجان علیه سیستم استعماری در ایران، تشکیلات دیرنیش همواره تلاش کرده است همراه با سایر احزاب، تشکلها و طیفهای آزادیخواه در راستای گسترش مبارزات ملی در جامعه آزربایجان جنوبی وظیفه ملی خود را بهجای آورد.
در سالهای نخستین تأسیس سازمان، عمده سختی کار سازمانی برعهده بنیانگذاران بود. بااینحال علیرغم همه کاستیها، مشقتها و فشارهای امنیتی و سیاسی، بنیانگذاران تشکیلات توانستند مرحله «کار عقیدتی – سازماندهی – اعلان موجودیت» را با موفقیت پشت سر گذارند. در فضای خفقان و هیجانی سالهای بعد از قیام ضد آپارتایدی خرداد ۸۵ تشکیلات باتوجهبه مشی فعالیت پنهان با روشهای متفاوت از شیوههای رایج جذب عضو در حرکت ملی آزربایجان و با حساسیت خاصی وارد مرحله «عضوگیری و شروع کار کمیتههای مختلف تشکیلاتی» شد.
با شروع مرحله «فعالیت میدانی مخفی» با انتشار جزوه مرامنامه تشکیلاتی، جزوات آموزشی و ارگان رسمی تشکیلات «دیرنیش سسی» و تأسیس رسانههای اینترنتی متعدد توانست در پیشبرد مبارزات ملی در آزربایجان جنوبی ایفای نقش کند.
طبیعتاً با اعلان موجودیت، صدور بیانیهها، پخش جزوات آموزشی، توزیع نشریه «دیرنیش سسی» در بین فعالین ملی و دانشجویان در شهرهای مختلف، حضور و فعالیت در فضای مجازی سیستم عصب امنیتی رژیم پلیسی جمهوری اسلامی را بهشدت تحریک نمود و در این پانزده سال شاهد انواع شانتاژها، تخریبها، تلاش برای نفوذ و حملات سایبری و … را شاهد بودیم.
با اعلام فعالیت رسمی شاخه خارج کشور، تشکیلات به مرحله نوینی از فعالیت یعنی «مرحله فعالیت نیمه علنی» که در مرامنامه و اساسنامه تشکیلات نیز به آن اشاره شده است گام نهاد. با آغاز فعالیت نیمه علنی تشکیلات و مبارزات صادقانه و خالصانه اعضا در همه سطوح، فشارهای متعدد سیاسی، امنیتی و فشارهای دیپلماتیک سفارتخانههای جمهوری اسلامی از یکسوی و از سوی دیگر حملات سایبری و هجمهها و تخریبهای دستگاههای نفرتپراکنی سیستم فاشیستی شدت بیشتری به خود گرفت و تا حد تهدید به حذف فیزیکی پیش رفت.
در تمامی این مراحل، تشکیلات مقاومت ملی آزربایجان تلاش کرده است با دوری از حاشیهها، تمسک به عقل جمعی در چهارچوب منافع ملی آزربایجان و همگرایی با تمامیت حرکت ملی بهسوی ایجاد انسجام ملی و رفع موانع اساسی حرکت ملی حرکت کند که عضویت در «پلتفرم همکاری سازمانهای سیاسی آزربایجان» و حمایت از «پرچم مبارزات ملی آزربایجان جنوبی» از آن جمله میباشند.
تشکیلات مقاومت ملی آزربایجان (دیرنیش) با اتکا به اصل تحول و پویایی درونسازمانی و فراهم شدن فضا برای ارتقاء تشکیلاتی و سیاسی برای همه اعضا و کادرهای تشکیلاتی همواره در بازههای زمانی معینی اعضا و مسئولین جدیدی را در خارج از کشور معرفی کرده است.
آقای بابک چلبیانلی با تمدید چندین دوره معین، سالها در سمت سخنگوی تشکیلات با فداکاریها و زحمات بیبدیل خدمات بسیاری به حرکت ملی و مبارزات آزادیخواهانه آزربایجان جنوبی ارائه دادند. بدینوسیله پایان مسئولیت آقای بابک چلبیانلی بهعنوان سخنگوی تشکیلات مقاومت ملی آزربایجان (دیرنیش) را اعلام میکنیم. صادقانه بر این باوریم که پس از این نیز بهتناسب امکاناتشان دوشادوش همرزمان خود به خدمات خود به مبارزات ملی ادامه خواهند داد. شورای مرکزی تشکیلات مقاومت آزربایجان به نمایندگی از کنگره عمومی تشکیلات که در شرایط امنیتی فعلی امکان برگزاری ندارد، مراتب تقدیر و تشکر خالصانه خود را به آقای «بابک چلبیانلی» اظهار میدارد.
ما بر این باوریم که از بدو تأسیس تاکنون، تکتک هواداران، اعضا کمیتهها و کادر مرکزی تشکیلات مقاومت ملی آزربایجان چه آنانی که در داخل بهصورت بینام مبارزه میکنند و چه آنانی که با قبول انواع تخریبها و تهدیدها و شانتاژها بهصورت آشکار و به نام تشکیلات و جنبش ملی فعالیت میکنند از صادقترین فرزندان این ملت بوده و زحمات آنها برگ زرینی در تاریخ جنبش رهاییبخش ملی و تشکیلات مقاومت ملی آزربایجان خواهد بود و بیتردید آقای چلبیانلی نیز یکی از خوشنامترین آنان هستند.
تشکیلات مقاومت ملی آزربایجان در گامی دیگر و با مدنظر قراردادن برخی تحولات منطقهای، تغییرات سیاسی و امنیتی در داخل وطن و پیشبینی بعضی تغییر و تحولات مثبت و مبارک سازمانی در حرکت ملی و با رأی اکثریت اعضا صاحب رأی در درون و خارج وطن تحت استعمار، اعلام میدارد از تاریخ صدور این بیانیه بهصورت موقت و گذرا و تا زمان نهایی شدن تغییرات، مواضع و رویکردهای شورای مرکزی از طریق ارگان و رسانههای رسمی تشکیلات و اعضای شورای مرکزی منتشر و بیان خواهد گردید. بیتردید مبارزات رهاییبخش ملی آزربایجان جنوبی بهتناسب شرایط سیاسی، اجتماعی، امنیتی، منطقهای و جهانی بیوقفه ادامه خواهد یافت و تشکیلات مقاومت ملی آزربایجان نیز با رهیافتها و شیوههای جدید تعهدات ملی و میهنی خود را بهجای خواهد آورد.
به امید آزربایجانی آزاد و سعادتمند
شورای مرکزی تشکیلات مقاومت ملی آزربایجان (دیرنیش)
تبریز
سوم تیرماه ۱۴۰۰
Azərbaycan Milli Dirəniş Təşkilatının Bəzi müvəqqəti dəyişikliklərə dair bəyanatı
Azərbaycan türk milləti
Hörmətli Azərbaycan Milli Hərəkatının mediası
Hörmətli Azərbaycan Milli Hərəkatının fəalları
Azərbaycan Milli Dirəniş Təşkilatının qurulmasından və müstəmləkəçilik, istibdad, ayrı seçkilik və irqi zülmə qarşı mübarizə istiqamətində Güney Azərbaycanda öz müqəddəratını təyinetmə hüququnu həyata keçirmək üçün gizli və yarı gizli fəaliyyətlərindən 15 ilə yaxın vaxt keçir.
Azərbaycan Milli Dirəniş Təşkilatı, düşüncə kökləri və təməli Güney Azərbaycanın yeni milli hərəkatının ürəyindən olan milli hərəkatın təşkilatlarından biridir. İranda müstəmləkə sisteminə qarşı Azərbaycan Türk millətinin anti-faşist mübarizələri əsnasında Güney Azərbaycan cəmiyyətində uzun müddət davam edən milli mübarizəni yaymaq üçün hər zaman digər partiyalar, təşkilatlar və azadlıqsevər qruplarla birlikdə milli vəzifəsini yerinə yetirməyə çalışmışdır.
Təşkilatın ilk illərində əsas təşkilati mübarizəni irəli sürmək qurucular heyətinin boynunda idi. Bununla birlikdə, bütün çatışmazlıqlara, çətinliklərə və təhlükəsizlik və siyasi təzyiqlərə baxmayaraq, təşkilatın qurucuları “ideoloji fəaliyyət – təşkilati fəaliyyət – varlıq elanı fəaliyyətləri” mərhələsindən uğurla keçə bildilər. 2006-ci il iyun ayındakı anti-aparteid qiyamından sonrakı illərin qorxu atmosferində təşkilat, Azərbaycan milli hərəkatında üzv qəbul etmək üçün adi üsullarla fərqli olaraq və gizli fəaliyyət siyasəti sayəsində xüsusi həssaslıqla “müxtəlif təşkilat komitələrini işə götürmə və işə başlamaq” mərhələsinə qədəm qoydu.
“Gizli fəaliyyət” mərhələsinin başlanğıcı ilə təşkilat məramnamə broşurası, öyrətim broşuraları və “Dirəniş Səsi” jurnalını təşkilatın rəsmi orqanı olaraq nəşr etdirərək, həmçinin müxtəlif internet sahəsində fəaliyyətləri ilə Güney Azərbaycanda milli mübarizənin inkişafında rol oynaya bildi..
Təbii ki, varlığını elan etmək, açıqlamalar vermək, maarifləndirici broşuralar yaymaq, “Dirəniş Səsi” jurnalını müxtəlif şəhərlərdə milli fəallar və tələbələr arasında yaymaqla, kiberməkanda varlıq və fəaliyyət İslam Respublikası polis rejiminin təhlükəsizlik sistemini güclü şəkildə əsəbləndirərək, bu 15 il ərzində təşkilat Hər cür şantaj, təxribat, nüfuz və təsir etmə cəhdləri və kiber hücumlara məruz qalmışdır.
Xarici qolun rəsmi fəaliyyətinin elan edilməsi ilə təşkilat yeni bir fəaliyyət mərhələsinə, yəni təşkilatın nizamnaməsində və əsasnaməsində də sözü gedən “yarı gizli fəaliyyət” mərhələsinə qədəm qoydu.
Təşkilatın yarı gizli fəaliyyətinin başlaması və üzvlərin bütün qollarda fədakarlıqla apardıqları mübarizələri nəticəsində bir tərəfdən İslam Respublikası səfirliklərinin çoxsaylı siyasi, təhlükəsizlik və diplomatik təzyiqləri gücləndi, digər tərəfdən isə kiberhücumlar və faşist sistemin nifrət yayan qruplarının hücumları və təxribatları gücləndi və düşmən hətta təşkilatın üzvlərini öldürmək təhdidinə qədər irəli getdi.
Bütün bu mərhələlərdə, Azərbaycan Milli Dirəniş Təşkilatı, sapmalardan uzaq qalmağa, Azərbaycanın milli mənafeyi çərçivəsində kollektiv düşüncəyə sadiq qalmağa və milli birliyə maneələri aradan qaldırmaq üçün milli hərəkatın bütün qrupları ilə yaxınlaşmağa çalışdı. Həmin istiqamətdə “Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platforması”-na üzv olmaq və “Güney Azərbaycanın Milli Mübarizə Bayrağı”-na dəstək vermək kimi addımları saymaq mümkündür.
Azərbaycan Milli Dirəniş Təşkilatı, təşkilat daxilində dinamizm prinsipinə güvənərək, bütün üzvlər və təşkilati kadrlar üçün təşkilat içində yüksəlişini təmin edərək hər zaman müəyyən aralıqlarla xaricdə yeni üzvlərini tanıtmışdır.
Cənab Babək Çələbiyanlı, bir neçə müəyyən dövrün uzadılması ilə, uzun illər təşkilatın sözçüsü olaraq misilsiz fədakarlıq və zəhmətlə, Güney Azərbaycan milli hərəkatına və azadlıq mübarizəsinə bir çox xidmətlər göstərdi. Beləliklə, cənab Babək Çələbiyanlının Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü kimi səlahiyyət müddətinin bitdiyini elan edirik. Səmimi qəlbdən inanırıq ki, bundan sonra da milli mübarizəyə öz imkanları daxilində xidmət edəcəklər. İndiki təhlükəsizlik şəraitində qurultay keçirməyin mümkün olmadığı durumda, Azərbaycan Milli Dirəniş Təşkilatının Mərkəzi Şurası olaraq, bütün üzvlər və tərəfdarlar tərəfindən cənab Babək bəy Çələbiyanlıya səmimi təşəkkür və minnətdarlıq bildiririk.
Təşkilatın yarandığı gündən bəri hər bir tərəfdarı, komitə üzvü və Mərkəzi Şura kadrı, istər içərisində adsız mübarizə aparanlar, istərsə də hər cür təxribat, təhdid və şantaja baxmayaraq açıq şəkildə mübarizə aparan fərdlər, millətin ən dürüst övladlarındandır və şübhəsiz ki onların fədakarlıqları Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı və Azərbaycan Milli Dirəniş Təşkilatı tarixində qızıl bir yarpaq kimi qalıcı olacaq və heç şübhə yoxdur ki, cənab Çələbiyanlı ən parlaq adlardan biridir.
Azərbaycan Milli Dirəniş Təşkilatı başqa bir addım ataraq, ölkə daxilindəki bəzi regional, siyasi və təhlükəsizlik dəyişiklikləri nəzərə alaraq, milli hərəkatda bəzi müsbət və xoşbəxt təşkilati dəyişiklikləri proqnozlaşdıraraq, müstəmləkə altında olan vətənin daxilində və xaricində üzvlərin əksəriyyətinin səs birliyi ilə, bu bəyanatın verildiyi tarixdən etibarən müvəqqəti olaraq, Mərkəzi Şuranın mövqeləri və yanaşmaları qurumun rəsmi orqanları, rəsmi mediası və Mərkəzi Şura üzvləri vasitəsi yayımlanacağını elan edirik.
Şübhəsiz ki, Güney Azərbaycanın milli azadlığı uğrunda mübarizə siyasi, sosial, təhlükəsizlik, regional və qlobal şərtlərə uyğun olaraq sürətlə davam edəcək və Azərbaycan Milli Dirəniş Təşkilatı milli vəzifəsini yeni metodlarla yerinə yetirəcəkdir.
Azərbaycan Milli Dirəniş Təşkilatının Mərkəzi Şurası
Təbriz