دیرلی آزربایجان تورک میللتی!
بیلدیینیز کیمی گونئی آزربایجان میللی حرکتینه منسوب ۹ تشکیلاتین بیرگه تشببوسو ایله ۱۷.۷. ۲۰۲۱-جی ایل تاریخدن اعتباراً گونئی آزربایجان تشکیلاتلاری ایشبیرلیگی مرکزی فعالیته باشلاییب.
بو قورومون یارادیلماسینین اساس مقصدی میللی حرکاتلا ایلگیلی اورتاق مشورت و موذاکیرهلر آپارماق، گونئی آزربایجانلا باغلی آپاریلان فعالیتلره بیرلیکده دستک وئرمک، بیلدیریلر یایماق، چاغیریشلار ائتمک و کووردینه اولونموش شکیلده تشکیلاتلارآراسی ایشبیرلیینه نایل اولماقدان عبارتدیر. گونئی آزربایجان تشکیلاتلاری ایشبیرلیگی مرکزی اورتاق قرارلا اؤزونون ۱۴ ماددهلیک فعالیت پرینسیپلرینی و ایچ دوزویونو حاضیرلامیش و بو اساسدا دا دفعهلرله گونئی آزربایجان میللی حرکاتی ایله باغلی بیرگه بیانات، بیلدیری و چاغریشلارا ایمضا آتمیشدیر.
گونئی آزربایجان تشکیلاتلاری ایشبیرلیگی مرکزی داواملی اولاراق ایجلاسلارینی کئچیریر، گونئی آزربایجانلا باغلی گوندمده اولان مسئلهلری اورتاق موذاکیرهیه چیخاریر و ضروری اولدوغو حالدا قرارلار قبول ائدیر.
معلومات اوچون بیلدیرمک ایستردیک کی، مرکزه اویه تشکیلاتلاردان بیری اولان گاموح ۲۴.۳.۲۰۲۲-جی ایل تاریخده اؤز ایستهیی ایله بو قورومدان آیریلمیشدیر.
حاضیردا گونئی آزربایجان تشکیلاتلاری ایشبیرلیگی مرکزینده ۸ تشکیلات تمثیل اولونور و بو قوروم اؤز فعالیتی ایله باغلی داواملی اولاراق میللتیمیزه بیلگی وئرهجکدیر.
گونئی آزربایجان تشکیلاتلاری ایشبیرلیگی مرکزی اویهلری:
آزادلیق جبههسی (گاماج)
آزربایجان مرکز پارتییاسی (آمپ)
آزربایجان میللی دیرنیش تشکیلاتی (دیرنیش)
آزربایجان او̈یرنجی حرکاتی (آزوح)
گو̈نئی آزربایجان دئموکرات پارتییاسی (گادپ)
گو̈نئی آزربایجان ایستیقلال پارتییاسی (گایپ)
گو̈نئی آزربایجان لیبئرال دئموکرات پارتییاسی (گالدپ)
گو̈نئی آزربایجان دئموکراتیک تو̈رک بیرلیگی (گادتب)
GÜNEY AZƏRBAYCAN TƏŞKİLATLARI İŞBİRLİYİ MƏRKƏZİNİN BİLDİRİSİ
Dəyərli Azərbaycan Türk Milləti!
Bildiyiniz kimi Güney Azərbaycan Milli Hərəkətına mənsub 9 təşkilatın birgə təşəbbüsü ilə ۱۷٫۷٫ ۲۰۲۱-ci il tarixdən etibarən Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi fəaliyyətə başlayıb.
Bu qurumun yaradılmasının əsas məqsədi milli hərəkatla ilgili ortaq məşvərət və müzakirələr aparmaq, Güney Azərbaycanla bağlı aparılan fəaliyyətlərə birlikdə dəstək vermək, bildirilər yaymaq, çağırışlar etmək və kordinə olunmuş şəkildə təşkilatlararası işbirliyinə nail olmaqdan ibarətdir. Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi ortaq qərarla özünün 14 maddəlik fəaliyyət prinsiplərini və iç düzüyünü hazırlamış və bu əsasda da dəfələrlə Güney Azərbaycan Milli Hərəkatı ilə bağlı birgə bəyanat, bildiri və çağrışlara imza atmışdır.
Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi davamlı olaraq iclaslarını keçirir, Güney Azərbaycanla bağlı gündəmdə olan məsələləri ortaq müzakirəyə çıxarır və zəruri olduğu halda qərarlar qəbul edir. Məlumat üçün bildirmək istərdik ki, mərkəzə üyə təşkilatlardan biri olan GAMOH 24.3.2022-ci il tarixdə öz istəyi ilə bu qurumdan ayrılmışdır. Hazırda Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzində ۸ təşkilat təmsil olunur və bu qurum öz fəaliyyəti ilə bağlı davamlı olaraq millətimizə bilgi verəcəkdir.
Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi üyələri:
Azadlıq Cəbhəsi (GAMAC)
Azərbaycan Mərkəz Partiyası (AMP)
Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
Güney Azərbaycan Demokrat Partiyası (GADP)
Güney Azərbaycan İstiqlal Partiyası (GAİP)
Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)
۲۸٫۳٫۲۰۲۲