نامه تشکر و مراجعت به ریاست محترم جمهوری آذربایجان

جناب آقای الهام علی‌یئو، ریاست محترم جمهوری آذربایجان

هم‌میهنان ما در شهرهای مختلف آذربایجان جنوبی، این روزها شاهد حملات هوایی ناشی از سیاست‌های تجاوزگرانه و توسعه‌طلبانه جمهوری اسلامی ایران هستند. گرچه این حملات متوجه تأسیسات نظامی رژیم هستند، اما واقعیت این است که رعب، اضطراب و رنج در میان جمعیت غیرنظامی همچنان ادامه دارد. در چنین شرایط خطرناکی، دوبار درخواست دولت جمهوری آذربایجان از دولت اسرائیل برای عدم هدف‌ قرار دادن مناطق مسکونی و زیرساخت‌های غیر نظامی مربوط به ترک‌های ساکن در این مناطق، با خرسندی و استقبال فراوان از سوی هم‌میهنان ما روبه‌رو شده است.

ما به عنوان سازمان‌های آذربایجان جنوبی، از طرف خود و هم‌میهنانمان، مراتب سپاس و قدردانی عمیق خود را بابت این موضع‌گیری اصولی و انسانی به حضور شما اعلام می‌داریم. این موضع، نمود روشنی از سخنان تاریخی شما در نهمین نشست سران سازمان کشورهای ترک در خصوص حقوق و امنیت هم‌میهنان خارج از مرزهای جمهوری آذربایجان است که بی‌گمان در تاریخ ثبت خواهد شد.

یکی دیگر از عوامل تهدیدکننده جان و مال هم‌میهنان ما و سرزمین‌های تاریخی آذربایجان، برنامه‌های اشغال‌گرایانه گروه‌های تروریستی‌ خصوصاً‌ پژاک است که با استفاده از ضعف حاکمیت مرکزی ایران، در تدارک حمله و اشغال شهرهای غرب آذربایجان جنوبی هستند. البته ملت ترک همانند گذشته، امروز نیز آماده هرگونه فداکاری برای دفاع از سرزمین مادری، جان، مال و ناموس خود می‌باشد. با این حال، ما از ریاست محترم جمهوری آذربایجان می‌خواهیم برای رفع این مسئله خطیر به مردم آذربایجان کمک کنند.

ما تاکید می‌ کنیم که ملت ترک در آذربایجان جنوبی خواهان و طرف این جنگ نیست و این جنگ از سوی رژیم جمهوری اسلامی به مردم ما تحمیل شده است.

بار دیگر از توجه و حساسیت جنابعالی نسبت به سرنوشت و امنیت هم‌میهنانمان تشکر می‌کنیم و بهترین آرزوهای صمیمانه خود را خدمتتان تقدیم می‌داریم.

 

سازمانهای آذربایجان جنوبی:

 

تشکیلات مقاومت ملی آذربایجان – دیرنیش

جبهه آزادی ملی آذربایجان جنوبی – گاماج

حرکت رهایی ملی آذربایجان جنوبی – قورتولوش

حزب استقلال آذربایجان جنوبی – گآیپ‌

حزب دمکرات آذربایجان – آدپ‌

حزب دمکرات آذربایجان جنوبی – گآدپ

حزب مرکز آذربایجان – آم‌پ

شورای دولتمداری ملی آذربایجان جنوبی

 

۳۱/۰۳/۱۴۰۴

 

 


Azərbaycan Respublikası Prezidentinə Təşəkkür və Müraciət Məktubu

Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev,

Güney Azərbaycanın müxtəlif şəhərlərində yaşayan soydaşlarımız bu gün İran İslam Respublikasının təcavüzkar və ekspansionist siyasətinin nəticəsi olaraq hava hücumlarına şahidlik edirlər. Hərçənd ki, qeyd olunan hücumların hədəfi rejimin hərbi obyektləridir, lakin mülki əhali arasında qorxu, gərginlik və əzab davam etməkdədir. Belə təhlükəli bir şəraitdə Azərbaycan dövlətinin iki dəfə İsrail dövlətindən Türk əhalinin yaşadığı bölgələrdə mülki yaşayış məntəqələrinin və infrastrukturun hədəf alınmaması ilə bağlı tələb irəli sürməsi soydaşlarımız tərəfindən böyük sevinc və məmnuniyyətlə qarşılanmışdır.

Biz, Güney Azərbaycanın təşkilatları olaraq, həm öz adımızdan, həm də millətimiz adından nümayiş etdirdiyiniz bu prinsipial mövqeyinizə görə Sizə dərin təşəkkür və minnətdarlığımızı bildiririk. Bu mövqe, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının IX zirvə görüşündə sizin Azərbaycan dövləti hüdudlarından kənarda yaşayan soydaşlarımızın hüquqları və təhlükəsizliyi ilə bağlı səsləndirdiyiniz fikirlərin bariz bir təzahürü kimi tarixdə qalacaqdır.

Soydaşlarımızın canına, malına və tarixi Azərbaycan torpaqlarına qarşı digər bir təhlükə isə İranın mərkəzi hakimiyyətinin zəifliyindən istifadə edən xüsusilə PJAK kimi terrorçu qrupların işğalçı planlarıdır. Bu qruplar Güney Azərbaycanın qərb sərhəd şəhərlərinə hücum və işğal hazırlıqları görürlər. Şübhə yoxdur ki, Türk milləti keçmişdə olduğu kimi bu gün də vətəni, canı, malı və namusu uğrunda hər cür fədakarlığa hazırdır. Bununla belə, biz Azərbaycan Respublikasının Prezidentindən bu ciddi məsələnin həlli üçün Azərbaycan xalqına dəstək olmasını xahiş edirik.

Vurğulamaq istəyirik ki, Güney Azərbaycandakı Türk milləti bu savaşı istəmir və onun tərəfi deyil. Bu savaş xalqımıza İran İslam Respublikası rejimi tərəfindən təhmil edilib.

Soydaşlarımızın taleyinə və təhlükəsizliyinə göstərdiyiniz diqqət və həssasiyyətə görə bir daha təşəkkür edirik və sizə səmimi arzularımızı bildiririk.

Güney Azərbaycan Təşkilatları:

Azərbaycan Demokrat Partiyası – ADP

Azərbaycan Mərkəz Partiyası – AMP

Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş

Güney Azərbaycan Demokrat Partiyası – GADP

Güney Azərbaycan İstiqlal Partiyası – GAİP

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi – GAMAC

Güney Azərbaycan Milli Dövlətçilik Şurası

Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı – Qurtuluş

21/06/2025

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *